Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Telli Borçalıya AĞIR İTKİ: “Zəng gəldi ki, durma gəl”

Tanınmış aşıq Telli Borçalıya ağır itki üz verib. Onun anası Savad xanım rəhmətə gedib.

Yeniçağ.az-a danışan Telli göz yaşlarına hakim kəsilə bilməyib:

“15 gün idi ki, Borçalıda anamın yanında idim. Xəstəxanaya aparmışdıq, müalicə almışdı. Evə gətirdik, dedim ki, ana daha yaxşısan, gedim Bakıya toyum var, sonra qayıdaram. Dedi ki, bala, yaxşıyam, get. Elə axşam evə çatmışdım, səhər xəbər gəldi ki, durma gəl. Dedim məni aldadırsız, anam ölməyib. Kaş anamın yanından aralanmayaydım. Nə biləydim ki, məni qoyub gedəcək”.

Telli anasının arzularından da danışıb: “İstəyirdi xoşbəxt olum. Ana itkisini necə adlayacam, bilmirəm”.

Qeyd edək ki, bu barədə sosial şəbəkədə şairə xanım Zöhrə Xəlil məlumat yayıb.

Xatırladaq ki, aşığın anası ötən il gözündən əməliyyat olunmuşdu. Mərhumun ölümünə səbəb ürək çatışmazlığı olub.

Allah rəhmət eləsin.

Cəvahir Səlimqızı
Yeniçağ.az

Loading...

www.yenicag.az

397
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100