Telman İsmayılov “işi” böyüyür: Rusiya Monteneqronun imtina qərarı ilə razılaşmır

Rusiya Monteneqro Azərbaycan əsilli biznesmen Telman İsmayılovun Moskvaya təhvil verilməməsinin daha dəqiq araşdırılmasına çalışır.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin qurumda bununla bağlı ciddi araşdırma aparılmasını əmr edib.

Bu barədə qurumun saytında yerləşdirilmiş məlumatda bildirilir ki, İstintaq Komitəsi Çernoqoriyanın biznesmen Telman İsmayılovu Moskvaya təhvil verməmək qərarı ilə razılaşa bilməz.

Qeyd edək ki, Telman İsmayılov Rusiyada “sifarişli qətllərin təşkili”ndə ittiham olunaraq beynəlxalq axtarışa verilib.