!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telman İsmayılov milyardlıq otelini su qiymətinə satdı

!Reklam – Yazi

33555139Azərbaycan əsilli milyarder Telman İsmayılova məxsus olan “Mardan Palace”ın yeni sahibi Türkiyənin “Halk bank” bankı olub.

Türk bankı İsmayılova otel üçün 360 milyon 500 min türk lirəsi (134 milyon 548 min manat) ödəyib.

İsmayılovun oteli 719 milyon türk lirə qiymətinə satışa çıxarılsa da, bu qiymətdən iki dəfə aşağı satılıb.

2009-cu ildə Antalyada 1,4 milyard dollar xərclənərək tikilən “Mardan Palace” bələdiyyəyə olan borcları səbəbindən icra yolu ilə satılıb.

Qeyd edək ki, Antaliyanın Kundu sahilində inşa olunan otelin açılışına Monika Beluççi, Peris Hilton, Meray Keri, Riçard Gir, Şeron Stoun kimi Hollivud ulduzları, həmçinin dünyanın ən məşhur foto model, maniken və müğənniləri də iştirak etmişdi.

Böyük atəşfəşanlıqla açılışı olan otel bütün dünya mətbuatının maraq dairəsinə düşmüşdü. Antaliyanın ən lüks oteli olaraq göstərilən “Mardan Palace” İstanbul Boğazı şəklində inşa edilib(Azvision).

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv