!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telman İsmayılov Monteneqroda saxlanıldı

!Reklam – Yazi

Rusiyanın paytaxtı Moskvada yerləşən Çerkizovski bazarının keçmiş direktoru, azərbaycanlı iş adamı Telman İsmayılov Monteneqroda saxlanılıb.

Yenicag.az xəbər verir ki, T.İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham edilir.

O, Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.

Qeyd edək ki, azərbaycanlı iş adamının axtarışı Rusiya tərəfindən İnterpol xətti ilə həyata keçirilib.

Xatırladaq ki, hələ 2009-cu ildə Çerkizovski bazarının fəaliyyəti ilə əlaqədar hüquq-mühafizə orqanlarına T.İsmayılovdan şikayət edilib. Sanitariya orqanları orada çoxsaylı qanun pozuntuları aşkar etdikdən sonra bazar bağlanıb.

Sonra Telman İsmayılov və qardaşı Vaqif Rusiyada qətl və qanunsuz silah alverini təşkil etməkdə ittiham olunurlar.

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv