!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telman İsmayılov müflis oldu

!Reklam – Yazi

b61eee20af62350b11a4352b995b348fİş adamının faizlərlə birlikdə 286 milyon dollardan çox borcu yaranıb

Rusiya Federasiyasının “Moskva bankı” (“Bank Moskvı”, VTB qrupu) paytaxtdakı Çerkizov bazarının keçmiş sahibi, AST qrupunun sahibi Telman İsmayılov haqqında iflas elan olunması üçün arbitraj məhkəməsinə iddia təqdim edib. Bu barədə “Kommersant” qəzeti yazıb.

Oktyabrın 1-də arbitraj məhkəməsinə daxil olan iddiada deyilir ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına kimi bank “Ruslayın” MMC və Hollandiyanın “Tropicano Finance B.V.” şirkətlərinə üç dəfə ümumi məbləği 230 milyon dollar olan kredit ayırıb. Hər iki şirkət AST ilə əlaqəlidir və pulu alan Telman İsmayılov kreditin müəyyən olunmuş müddətdə qaytarılacağı barədə şəxsən təminat verib.

İddiaya əsasən nə faizlər, nə də əsas borc ödənilməyib. Nəticədə T. İsmayılovun bu ilin 1 oktyabrına yığılan borcu 286,4 milyon dollar təşkil edib. “Moskva bankı” T. İsmayılovun bu müddətdə maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə, onun ödəmək iqtidarında olmadığını bildirib. Bununla əlaqədar bankın hüquqşunasları arbitraj məhkəməsindən vətəndaşın borclarının restrukturizasiyası prosedurunu aparmağı xahiş ediblər.

Hələlik T. İsmayılov problemlə əlaqədar hər hansı şərh verməyib(APA).

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv