Telman İsmayılov və qardaşının axtarışda olması ilə bağlı məlumat İnterpolun saytında yerləşdirildi – FOTO

Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan azərbaycanlı iş adamı Telman İsmayılov və qardaşı Vaqif İsmayılovun beynəlxalq axtarışda olması ilə bağlı məlumatlar İnterpolun saytında yerləşdirilib.

Yenicag.az-ın məlumatına görə qeyd edilib ki, Telman və Vaqif İsmayılov qardaşları odlu silahların, onun əsas hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz alınması, ötürülməsi, satışı, saxlanması və daşınmasında təqsirli bilinirlər.

Rusiya hüquq-mühafizə orqanları onlar barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.