Reklam

Reklam

Moskvanın Çerkizov bazarının keçmiş sahibi, sifarişli qətlin təşkilində ittiham olunan Telman İsmayılova məxsus ticarət mərkəzi “Avanqard” banka satılıb.

Yenicag.az xəbər verir ki, Moskvanın İzmaylov şossesində yerləşən 20,9 min kv.metr sahəsi olan ticarət mərkəzi içərisində olan mebellər və ofis avadanlıqları ilə birlikdə mayın 3-də keçirilən hərracda satılıb.

Alqı-satqının dəyəri 1,55 milyard rubl olub. Bina içərisində olan inventarla birgə bankın mülkiyyətinə keçib. Lotda təsviri zamanı inventara “Saratov” soyuducusu, ofis mebeli, kompüterlər və digər əşyalar daxil olub.

Ticarət mərkəzi satışa qədər AST Telman İsmayılovla ailəsinə məxsus “Ruslayn 2000” şirkətinin tərkibində olub.

Xatırladaq ki, 2015-ci ildə müflis olduğu elan olunan biznesmen Rusiyada Telman 8 nəfərin qətlində ittiham edilir. Öldürülənlər arasında sahibkarlar Vladimir Savkin və Yuri Brilyov da var. (qafqazinfo)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2426
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."