!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telman İsmayılovun “Mardan Palace” hoteli müsadirə olunacaq

!Reklam – Yazi

33209885Türkiyənin Antalyada şəhərindəki məşhur “Mardan Palace” oteli müsadirə olunacaq.

Yenicag.az APA-ya istinadən xəbər verir ki “Mardan Palace” hotelinin 2,2 milyon dollar borca görə müsadirə olunması haqda Antalyanın 6-cı İcra Dairəsində qərar çıxarılıb.

İstanbul Kadıköy 3-cü İcra Dairəsindən Antalya 6-cı İcra Dairəsinə göndərilən təlimatda “Art Decor” firmasına 2 milyon 254 min 898 türk lirəsı borca görə hotelin müsadirəsi tələb edilib. Müsadirə haqda qərar verilməsinə baxmayaraq, İstanbuldan təlimatın xərcləri ödənilmədiyi üçün müsadirə qərarı icra olunmur.

Qeyd edək ki, Antalya 4-cü İcra Dairəsi tərəfindən Türkiyə Xalq Bankının Adapazarı filialına 100 milyon dollar borca görə iyun ayında satışa çıxarılan “Mardan Palace” hoteli borcun 4 il ərzində 25 milyon dolların ödəniləcəyi ilə bağlı öhdəlik götürüb və müsadirə satış günü ləğv edilib. “Mardan Palace” hotelinin borcları ilə bağlı məhkəmələrdə ümumilikdə 67 iş mövcuddur.

Xatırladaq ki, “Mardan Palace” hoteli əslən Azərbaycandan olan rusiyalı iş adamı Telman İsmayılova məxsusdur. Hotelin tikintisinə 1,5 milyard dollar xərc çəkilib.

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv