Telman İsmayılovun qardaşı da beynəlxalq axtarışa verildi

Moskvanın Çerkizovo bazarının keçmiş sahibi Telman İsmayılovun qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

O, qətl və qanunsuz odlu silah saxlamaq maddələri ilə ittiham olunur.

Qeyd edək ki, bir gün öncə Telman İsmayılovun özü də beynəlxalq axtarışa verilmişdi.