Təmir sexi içindəki avtomobillə birlikdə yandı

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexinin dam örtüyü və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.