Abşeron rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən oğurluq edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 24-də avtomobil təmiri sexlərinin birindən generatorun 6 000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən A.Həsənov müəyyən olunaraq saxlanılıb.