Tənha insanlar üçün yeni tətbiq – SEVGİLİLİK XİDMƏTİ

Texnologiya inkişaf etdikcə tənhaların sayı artır. Ancaq özünü tək hiss edənlər yenə də çarəni texnologiyada tapırlar.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Çində yaradılan saxta sevgililik xidməti, xüsusilə, qadınların böyük marağına səbəb olub. Təxminən, 500 yuan qarşılığında sevgililik xidməti verən insanlar “müştəri”lərin dərdlərini dinləyir, onlara əsl sevgili kimi xoş sözlər deyirlər.

Saxta sevgililərin bir sıra öhdəlikləri də var:

Flirt etmək; 

Telefonla oyandırmaq;

Sevgi sözlərindən istifadə etmək;

Görüntülü zənglər etmək;

Dərd dinləmək.