!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

”Tənqid olar, amma söyüş, təhqir...” – Meyxanaçıdan SƏRT AÇIQLAMA

!Reklam – Yazi

“Meyxanada tənqid olar, amma təhqir yolverilməzdir”

Bunu tanınmış meyxanaçı Ehtiram Rüstəmov Yenicag.az-a açıqlamasında deyib. Sənətçi hər hansı təhqiramiz ifadələrin işlədilməsinin meyxananın adına xələl gətirdiyini deyib:

“Söyüşlə deyilən meyxanalar heç vaxt insanlar tərəfindən xoş qarşılanmayıb. Bəzən olur, sənətə yeni gələn bir gənc ustad meyxanaçının hansısa sözündən inciyir və aqressiv halda bir-iki kəlmə xoşagəlməz ifadə işlədir. İnsanlar arasında da çox vaxt belə hallar yaşanır, təkcə meyxana sahəsində deyil. İnsan əsəbiləşir və düşünmədən ağzından təhqiramiz söz çıxarır. Heç toy məclislərində ev sahibləri belə meyxanaların əleyhinədir. Onlar da istəmir ki, xeyir işlərində belə münaqişəli məqamlar yaşansın. Arada kişi məclislərində yüngülvari nələrsə olur”.

Sənətçi iştirak etdikləri məclislərdə və söz meydanlarında belə halların yaşanmasına qətiyyən imkan vermədiklərini bildirib:

“Biz qətiyyən bunun tərəfdarı deyilik. Heç vaxt meyxana məclislərində söyüşə, təhqirə imkan verməmişik. Oturanda elə-belə kimsə kimləsə zarafatlaşa bilər, amma geniş auditoriyada heç kimi qoymamışıq, söyüş söysün, ya təhqiramiz ifadələr işlətsin. Belə şeylər adamı və sənəti hörmətdən salır”.

Cəvahir

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv