!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tənzilə Rüstəmxanlı Abdullah Ərənlə görüşdü - FOTOLAR

Reklam: High Technic

Xəbər verdiyimiz kimi, Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı Türkiyədə işgüzar səfərdədir.

Yenicag.az-ın məlumatına görə, iyunun 22-də Türkiyənin Əmək və Sosial Təhlükəsizlik naziri Vedat Bilgin tərəfindən qəbul edilən Tənzilə Rüstəmxanlının ikinci görüşü Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) sədri Abdulla Ərənlə baş tutub.

Tənzilə Rüstəmxanlı səmimi qəbul üçün Abdullah Ərənə təşəkkür edib, Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdirilməsində qurumun önəminə diqqət çəkib.

Görüşdə türk dünyası ilə əlaqələrin daha da intensivləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib, bunun təxirəsalınmaz gerçəklik olduğu vurğulanıb.

Tənzilə Rüstəmxanlı YTB-nin “Türkiye Bursları” çərçivəsində 44 günlük Vətən Müharibəsi şəhid və qazilərinin övladlarına xüsusi kontingentin ayrılmasının Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılandığını Abdullah Ərənə çatdırıb, bunun böyük mənəvi anlam daşıdığını qeyd edib.

Tənzilə Rüstəmxanlı Türkiyə-Azərbaycan münasibətlərinə və türk dünyasına həsr etdiyi kitablarını YTB sədrinə hədiyyə edib.

Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, görüşdə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də iştirak edib.

www.yenicag.az

328
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100