“Bizi şəhidlərimizin ruhu da bağlayır”.
Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə Bakıda təşkil edilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunda çıxışı zamanı ATEV sədri Tənzilə Rüstəmxanlı deyib.
Tənzilə Rüstəmxanlı qeyd edib ki, Azərbaycanla Türkiyə arasında sadəcə qan bağı yoxdur, həm də ruh bağı var:
“Azərbaycan və Türkiyə dövlətlərinin siyasi iradəsi bu qədər birlikdə olmamışdı. Türkiyə hər bir zaman Azərbaycanın yanında oldu. Azərbaycan da Türkiyənin olmadığı yerdə “Mən varam” dedi. Bizim sadəcə qan bağımız yoxdur, bizim ruh bağımız da var. Nuri Paşanın əsgərlərinin ruhu bayrağımızın üstündədir. Azərbaycan da Çanaqqala savaşında Türkiyə üçün şəhid verib. Bizi şəhidlərimizin ruhu da bağlayır”.