Tənzilə Rüstəmxanlı Soma faciəsindən danışdı

--4371246

Türkiyədə baş verən Soma faciəsi ilə bağlı Azərbaycandan da başsağlığı verilib. Bu barədə YENİCAG.AZ-a açıqlama verən Azəri-Türk Qadınlar Birliyi başqanı Tənzilə Rüstəmxanlı “Türkiyənin kədəri kədərimiz, sevinci sevincimizdir. Manisada kömür ocağında həyatını itirən qardaşlarımız üçün çox mütəəssirik. Könül istərdi ki, belə bir qəza yaşanmamış olsun. Dualarımız oradan sağ çıxmasını arzuladığımız insanlar üçündür” dedi.

T.Rüstəmxanlı bu faciənin “Ulusal matəm” olmasına da diqqət çəkdi: “Bu böyüklükdə faciə əlbəttə ki, Ulusal matəmdir. Türk xalqı faciə yaşanan andan həyatını itirən övladlarına yas tutmaqdadır”.

COP29