Tənzilə Rüstəmxanlı türkiyəli nazir Vedat Bilginlə görüşdü – FOTOLAR

Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı qardaş ölkədə işgüzar səfərdədir.

Yenicag.az xəbər verir ki, dövlət idarəçiləri, müxtəlif qeyri-hökumət təşkilatları və media nümayəndələrilə görüşlərin planlaşdırıldığı səfər çərçivəsində Tənzilə Rüstəmxanlı Türkiyənin Əmək və Sosial Təhlükəsizlik naziri Vedat Bilgin tərəfindən qəbul edilib.

Tənzilə Rüstəmxanlı Vedat Bilgini nazir təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. ATEV sədri uzun illər akademik fəaliyyətilə iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində yorulmaz əməyinə görə Vedat Bilginə təşəkkür edib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələdə qardaşlığa və milli birliyə dayanan möhkəm bağlarının digər türk cümhuriyyətlərinə sirayət etdirilməsi yolları haqqında da fikir mübadiləsi aparılıb.

Görüş sonunda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, görüşdə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də iştirak edib.