Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı qardaş Türkiyənin Qartal bələdiyyəsinin sədri Gökxan Yüksəl ilə görüşüb.
Yenicga.az.az-ın xəbərinə görə, millət vəkili Tənzilə Rüstəmxanlı qeyd edib ki, bu cür işgüzar görüşlərin Türkiyə və Azərbaycan arasında yalnız siyasi əlaqələrin deyil, eyni zamanda, mədəni və sosial sahələrdə də əməkdaşlığın inkişafına böyük töhfə verir, iki qardaş ölkənin ortaq hədəfləri istiqamətində sıx əməkdaşlıq etməsinə şərait yaradır.
Səmimi görüşə görə təşəkkür edən Gökxan Yüksəl Tənzilə Rüstəmxanlını VII çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilməsi münasibətilə təbrik edib.
Bələdiyyə sədri qeyd edib ki, Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti arasında müştərək layihələrin reallaşdırılması, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması hər iki qardaş dövlətin birliyinin bariz nümunəsidir.