Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tənzilə Rüstəmxanlı və Aqil Ələsgər “A Haber”-də: “Türkiyə hər zaman yanımızda olub” - VİDEO

Reklam: Sinerji Pro

Tənzilə Rüstəmxanlı: “Türkiyə ən çətin zamanlarımızda daim yanımızda olub, Azərbaycan həmişə Türkiyənin dəstəyinə güvənib”.

Aqil Ələsgər: “Gənclərimiz Azərbaycan və Türkiyə bayraqlarını Şuşaya, Ağdama, Xankəndinə, İrəvana sancmaq istəyirlər”.

Yenicag.az xəbər verir ki, Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Türkiyənin nüfuzlu “A Haber” telekanalına müsahibələrində Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi sərhəd təxribatının doğurduğu vəziyyəti dəyərləndirib.

ATQB sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, Türkiyənin bu günlərdə sadəcə, mənəvi dəstəyi də Azərbaycana yetərlidir:

“Öncəliklə bu günlərdə Azərbaycanın yanında olan türk millətinə, xüsusən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, siyasi partiyaların liderlərinə öz minnətdarlığımızı bildiririk. Türkiyə ən çətin zamanlarımızda daim yanımızda olub. Azərbaycan həmişə Türkiyənin dəstəyinə güvənib”.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə öz növbəsində bildirib ki, bu gün Azərbaycanın hər bölgəsində vətəndaşlarımız, hətta gənclər və qadınlarımız da Səfərbərlik Xidmətinə gedərək, könüllü şəkildə əsgərliyə yazılırlar:

“2016-cı il Aprel qələbəsindən sonra Azərbaycanda vətənpərvərlik hissi yenidən yüksək səviyyədə yaşanır. Hər kəs cənab İlham Əliyevdən savaş əmrini verməyini gözləyir.

Bu gün hər kəs Azərbaycan və Türkiyə bayraqlarına sarılıb. Çünki biz bir millət, iki dövlətik. Bizim qismətimiz, sevincimiz, kədərimiz birdir. Bu baxımdan, gənclərimiz də Azərbaycan və Türkiyə bayraqlarını Şuşaya, Ağdama, Xankəndinə, İrəvana sancmaq istəyirlər”.

Gülşən Şərif

www.yenicag.az

1858