aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi, bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq, əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Neftçalada olmuş, 70 saylı Neftçala seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.
Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində yerlərdə formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.
Qeyd edək ki, sorğuda iştirak edən sakinlərin 57,4%-ni kişilər, 44,6%-ni isə qadınlar təşkil edib. Respondentlərin 17,3%-i 18-29 yaş, 17,2%-i 30-29, 28,1%-i 40-49, 20,9%-i 50-59 yaş, 16,5%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 46,6%-i orta təhsilli, 20,2%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 29,1%-i ali təhsilli vətəndaşlardır.
İlk növbədə, respondentlərimizə ünvanladığımız “70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin, demək olar ki, hamısı Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlını yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd özünün uğurlu və səmərəli ictimai fəaliyyəti ilə sakinlərin böyük hörmət və rəğbətini qazanmışdır.
“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 67,2%-i Tənzilə Rüstəmxanlının, 20,1%-i digər namizədlərin adını çəkmiş, 10,3% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 2,4%-i isə “heç kimə” cavabını vermişdir.
Göründüyü kimi sorğunun nəticələri 70 saylı Neftçala seçki dairəsində deputatlığa namizəd Tənzilə Rüstəmxanlının ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir. Artıq qeyd etdiyimiz kimi, biz sorğu prosedurunun illər boyu formalaşmış sxeminə bir yenilik gətirmək məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik:
Nisə Məmmədova: Ay qızım, Tənzilə xanımı bu rayonda çox adam yaxşı tanıyır. Uzun illərdir ictimai vəzifələrdə çalışır. Türkiyə ilə ölkəmizin dostluğunun möhkəmlənməsinə də xidmət edir. Belə bir fəal, işgüzar xanım elə bilirəm ki, depuytat kimi rayonumuz üçün çox işlər görəcək…
Akif Qasımov: Əlbəttə ki, səsimizi Tənzilə xanıma verəcəyik. Bax, ay oğul, bu xanım qadınlığı ilə kişi qeyrətinə sahibdir. Bildiyim qədərilə Azərbaycan-Türkiyə cəmiyyətinə də rəhbərlik edir. Bu, heç də asan iş deyil. Əminəm ki, Tənzilə xanım bizi də Milli Məclisdə əsil kişi ləyaqətilə təmsil edəcək…