Tənzilə Rüstəmxanlıya ağır itki

Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlıya ağır itki üz verib.

Yenicag.az xəbər verir ki, ATQB-nin sədri Tənzilə Rüstəmxanlının bacısı Nazilə İbrahimova vəfat edib.

“YeniÇağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Nazilə İbrahimovanın vəfatı ilə bağlı Tənzilə Rüstəmxanlıya və ailəsinə dərin hüznlə başsağlığı verir.