Teplovoz bir nəfəri vuraraq öldürdü – Qaradağda

Qaradağ dəmir yolu stansiyası ərazisində teplovoz bir nəfəri vuraraq öldürüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 17-də saat 18 radələrində Qaradağ dəmir yolu stansiyası ərazisində teplovozla Elmidar Cəfərov vurulub. O, hadisə yerində ölüb.