!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təqaüdçülərin gözü yolda qalıb: Pensiyalar nə vaxt veriləcək? - Rəsmi açıqlama + Fotolar

!Reklam – Yazi

Hazırda Bakıdakı bankomatların qarşısında növbələr yaranıb.

Yenicag.az xəbər verir ki, təqaüdçülər may ayının pensiyalarını gözləyirlər.

Əməkdaşımız “Nizami” küçəsində yerləşən bankomatın qarşısında olub və pensiyaçılarla bu barədə söhbət edib. Onlar bildiriblər ki, may ayı üçün nəzərdə tutulan pensiyalar ayın 7-i verilməli idi. Görəsən, intizarla gözləyən pensiyaçılar nə vaxt sevinəcəklər?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxladıq. Saytımıza açıqlama verən qurum rəsmisi məsəlyə belə aydınlıq gətirdi:

“Pensiyalar gecikməyib. Orada gün söhbəti var. Gecikmə o olardı ki, iyun ayının pensiyası iyulda olardı. Sabahdan etibarən təqaüdçülər öz pensiyalarını alacaqlar”.

Emin Səfərov

Yenicag.az

 

www.yenicag.az

2813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv