!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ter-Petrosyan Ermənistanın düşdüyü vəziyyəti ən açıq mətnlə Paşinyana izah edib” – ŞƏRH

!Reklam – Yazi

“Bu çıxış onu göstərir ki, Ermənistanda anlaşmadan yayınma cəhdlərinin nələrə gətirə biləcəyini dəqiq görürlər və hökumətə bununla bağlı xəbərdarlıq edirlər”.

Bu sözləri Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın ölkənin İctimai televiziyasına müsahibəsində rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə anlaşmaqdan başqa yolunun olmadığına dair fikirlərinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ter-Petrosyan kifayət qədər açıq danışaraq Ermənistanın anlaşmaya getməyəcəyi təqdirdə, daha ağır vəziyyətə düşəcəyi haqda xəbərdarlıq edib:

“Bildiyiniz kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Ter-Petrosyanın prezidentliyi dövründə vüsət almışdı və ərazilərimiz məhz onun vaxtında işğal edilmişdi.

Buna baxmayaraq, Azərbaycanın tədricən gücləndiyini, ərazilərimizi işğal altnda saxlamağın mümkünsüzlüyünü başa düşən Ter-Petrosyan hər hansı formada Bakı ilə dil tapmağın vacibliyini bəyan edirdi. Ancaq onun bu mövqeyi “Qarabağ klanı”nın müqaviməti ilə üzləşdi və az sonra onu hakimiyyətdən devirdilər.

Ter-Petrosyan son müsahibəsində indiki vəziyyətin ətraflı şərhini verib və Ermənistanın düşdüyü vəziyyəti ən açıq mətnlə Paşinyana izah edib. O bildirib ki, Ermənistan onun üçün ağrılı olan addımı ataraq Azərbaycan və Türkiyə ilə anlaşmalıdır, ölkənin başqa yolu yoxdur.

Keçmiş prezident yenə də açıq formada qeyd edib ki, əgər Paşinyan bu anlaşmaya getməsə, o zaman “başqa biri” və daha ağır şərtlər altında müqaviləyə imza atmalı olacaq. Onun səsləndirdiyi fikirlər arasında bu da var ki, Ermənistanın artıq Qarabağda söz demək imkanı qalmayıb.

Bu çıxış onu göstərir ki, Ermənistanda anlaşmadan yayınma cəhdlərinin nələrə gətirə biləcəyini dəqiq görürlər və hökumətə bununla bağlı xəbərdarlıq edirlər. O baxımdan, Paşinyan siyasətdə ustadı saydığı Ter-Petrosyanın bu fikirlərini tam ciddiyə alaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əks halda, öz vəziyyətini təsəvvür etmədiyi dərəcədə ağırlaşdıracaq”.

A.Zeynalov

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv