Ter-Petrosyan: Münaqişənin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək

terpetrosyanDağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək.

Yeniçağ.Az Trend-ə istinadən məlumat verir ki, bunu Ermənistanın ilk prezidenti, “Ermənistan Milli Konqresi” partiyasının sədri Levon Ter-Petrosyan deyib.

O qeyd edib ki, son illərdə “Madrid-Kazan-Lavrov” variantı üzrə intensiv danışıqlar aparılır: “Bu, 1997-ci ildəki mərhələli variantdan heç nə ilə fərqlənmir”.

L.Ter-Petrosyan bildirib ki, bu varianta görə, ilk mərhələdə Ermənistan tərəfi işğal olunmuş 7 rayondan 5-ni Azərbaycana qaytarır, ikinci mərhələdə bölgədə sülhməramlılar yerləşdirilir, üçüncü mərhələdə Dağlıq Qarabağın aralıq statusu elan olunur:

“Dördüncü mərhələdə isə Ermənistanın blokadası aradan qaldırılır, Azərbaycanla və ehtimal ki, Türkiyə ilə əlaqələr bərpa olunur”.

Yeniçağ.Az

COP29