“Xalqı aldada bilmərik, danışsaydı, ən azı verilişlərdə bərabər olardılar”.
Yenicag.az xəbər verir ki, müğənni Təranə Qumral “Gül kimi şou”da həyat yoldaşı Musa Musayevin “Əmim Niyaməddin Musayevlə küsülü deyiləm” sözlərinə cavab olaraq deyib.
O, Musa Musayevin dediyini təkzib edib və onun illərdir, həm qardaşları, həm də əmisi Niyaməddin Musayevlə küsülü olduğunu bildirib:
“Hamı bilir, bunu gizlətməyin mənası yoxdur. Musa mənə görə nəsil-kökü ilə düşməndir, heç biri ilə danışmır. Yalan deyir ki, əmimlə danışıram, belə deyil.
Xalqı aldada bilmərik. Danışsaydı, ən azı verilişlərdə bərabər olardılar. Uşaqlarım da eyni münasibətdədir, onun qohumları ilə danışmır”.
Nehru