!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Təranə "pul verib məni tutdurmaq istəyir" dedi - Nazənin prezidentə müraciət etdi

!Reklam – Yazi

Müğənni Nazəninlə Təranə Qumral arasında məhkəmə çəkişməsi kritik həddi keçib.

T.Qumralın “Nazənin pul verib, məni həbs etdirmək istəyir” ittihamı qarşı tərəfi özündən çıxarıb.

Yenicag.az-a açıqlama verən müğənni Nazənin Salayeva ölkə başçısına müraciət etdiyini deyib:

“Ədliyyə Nazirliyində istintaqı başa çatan təqsirləndirilən şəxs Təranə Qumral Nərimanov rayon məhkəməsinin iclas zalında izahat verərək dəfələrlə bildirir ki, dövlət adından çıxarılan məhkəmə qərarını icra etməyəcək. Bəzi mətbu orqanlara açıqlama verib ki, məhkəməyə pul verib, onu həbs etdirmək istəyirəm. Bu fikir məhkəmənin nüfuzuna xələl gətirməkdir. Bununla da belə bir ictimai fikir formalaşdırır ki, məhkəmə qərarını icra etməyənə cəza verilmir.
Bu pozuntu ilə bağlı məhkəmənin hakimi tərəfindən heç bir tədbir görülmür. Müğənni açıq-aşkar dövlətimizin adından çıxarılmış qərarı, eləcə də məhkəməni ciddi qəbul etmir. Bu ilin may ayında cinayət işi üzrə məhkəmə prosesi başlasa da, T.Qumral indiyə qədər cəzalanmayıb. Bundan istifadə edən təqsirli şəxs Təranə Qumral mənə təzyiqləri dayandırmır. Ölkə başçısı cənab İlham Əliyevdən xahiş edirəm ki, bu müraciətimi nəzarətə götürsün”.

Qeyd edək ki, bir neçə gün öncə Nazənin Yenicag.az-a açıqlamasında T.Qumralın onu ölümlə hədələdiyini bildirib.

Cəvahir

www.yenicag.az

3591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv