Müğənni Təranə Qumral barədə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılıb.
Məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmədiyi üçün o, 3 ilədək azadlıqdan məhrum edilə bilər.
Bu barədə Yenicag.az-a müğənni Nazəninin vəkili Heyrat Qarayev xəbər verib:
“Cavabdeh Təranə İbrahimova Bakı Apellyasiya Məhkəməsinin iki qətnaməsini icra etmədiyi üçün barəsində toplanan materiallar Ədliyyə Nazirliyinin istintaq idarəsinə təqdim edilib.
Hər iki qətnamədə qeyd olunur ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənin xanımdan üzr istəməli, eləcə də təkzib verməlidir. Uzun müddətdir ki, cavabdeh tərəfdən hər iki qətnamə üzrsüz səbəbdən, qərəzli şəkildə icra edilməyib, buna görə də T. İbrahimova barədə Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir”.
Cəvahir