“Mənim bu sevgim, bu istəyim ömürboyu başıma bəla oldu”.
Yenicag.az xəbər verir ki. bu sözləri müğənni təranə Qumral “Günaydın Azərbaycan” verilişində deyib.
O həyat yoldaşı müğənni Musa Musayevlə bağlı etiraflar edib:
“Mənim bu sevgim, bu istəyim ömürboyu başıma bəla oldu. Bu günə qədər də davam edir. Amma peşman deyiləm, çünki üstündən 32 il keçib. Musa mənim üçün hər zaman həm də bir sərhəd olub. Ailəli insanlar o baryeri, o səddi keçə bilmir. Hər zaman qarşında bir sərhəd olur ki, ailəlisən, uşaqların var, etdiyin işləri edə bilməzsən. Ona görə həmişə çərçivələrim olub. Hərdən deyirəm, sən olmasaydın, indi mən haralardaydım?”
Nehru