“Mənə 100 min manat pul ödəsin, buna razılıq verim”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral “Tarixin bir günü” verilişində deyib.
Sənətçi plastik cərrahlara səslənib:
“Üzümdə heç bir plastik, estetik əməliyyat etdirməmişəm. Nəyim var, özümündür. Nə üzümü dartdırmamışam, nə də başqa estetik etdirməmişəm. Buna görə də hansısa estetik cərrah üzümdə əməliyyat etsə, bir şərtlə razılıq verərəm: mənə 100 min manat pul ödəsin. Çünki ilk dəfə olacaq ki, həmin həkimə üzümü həvalə edəcəyəm. Bu şərtə kim razılaşsa, üzümdə estetik əməliyyat etdirərəm”.
Nehru