Müğənni Təranə Qumralın barəsində qaldırılan cinayət işi xəbərinə reaksiyası gözlənilməz olub.
Yenicag. az məsələ ilə bağlı müğənniyə zəng edib. Onun cavabı belə olub:
“Bu barədə bir kəlmə də olsun danışmaq istəmirəm. Hazırda konsertdəyəm. Məni bu məsələyə görə narahat etməyin”.
“Nazənin xanımdan üzr istəyəcəksiniz?” sualına isə müğənninin cavabı belə olub:
“Dedim axı susacam”.
Qeyd edək ki, Yenicag.az-a açıqlama verən müğənni Nazəninin vəkili Heyrat Qarayev Təranə Qumralın barəsində cinayət işi qaldırıldığını və onu 3 ilədək həbs cəzası gözlədiyini deyib.
Cəvahir