Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Tereza Mey qərarını açıqladı - İstefaya gedir

Böyük Britaniyanın Baş naziri Tereza Mey istefaya gedəcəyi ilə bağlı bəyanat yayıb.

Yeniacg.az xəbər verir ki, o, bildirib:

“Bu gün bəyan edirəm ki, iyunun 7-də istefaya gedəcəyəm”.

O, “Brexit”i icra edə bilmədiyi üçün kədərləndiyini ifadə edib. Baş nazir həmçinin istefa qərarı barədə kraliçaya məlumat verdiyini də söyləyib.

Qeyd edək ki, bu posta keçmiş Xarici İşlər naziri Boris Conson öz namizədliyini irəli sürəcəyini bəyan edib.

Xatırladaq ki, bir qədər əvvəl Britaniya mətbuatı Meyin mayın 24-də istefa qərarını açıqlayacağını bildirmişdi.

www.yenicag.az

5621