Təriflədiyi “balaca qız” böyüdü, ərini əlindən aldı – Foto

Türkiyənin məşhur manekeni Çağla Şıkelin 2015-ci ildə boşandığı həyat yoldaşı Emre Altuğun hazırda eşq yaşadığı Buse Narcıya bir zamanlar tərif yağdırdığı ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, Buse Narcı adlı qız 2012-ci ildə Çağla Şikelin də münsif olduğu Bugün Ne Giysem proqramına qatılmışdı. Orada Çağla qıza: “Gözlərimi səndən ala bilmirəm. Sənə baxmaqdan doymuram. O qədər gözəlsən ki..” sözlərini demişdi.

Məluma olub ki, həmin yarışmacı hazırda modelin boşandığı əri ilə sevgilidir.

Yenicag.az