Tərk edilən qız özü ilə evlənəcək

Sevgilisi ilə ayrılan gənc qız özü ilə evlənməyə qərar verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da Sandra Blanko adlı qız 1,5 illik nişanlısı tərəfindən tərk edilib. Cütlüyün 6 həftə sonra olacaq toyu isə təxirə salınmayıb. Belə ki, qız toya tək başına gedəcəyini və özü ilə evlənəciyini bildirib. Sandra hətta toydan əvvəl özünə gəlinlik alıb və “love story” çəkdirib.

Qeyd edək ki, qadının toy günü onun doğum günü ilə eyni günə təsadüf etdiyindən o, bu hadisəni “yenidən doğuş” adlandırıb.