“Şüvəlan” futbol klubu baş məqşçisi ilə yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, mayın 3-də rəsmən fəaliyyətini dayandıran və növbəti mövsümdən etibarən “Şüvəlan” adı altında ölkə çempionatının birinci divizionunda çıxış edəcək AZAL PFK baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıb.
Ötən gün klub rəhbərliyi Əhmədovla əməkdaşlıga son qoyulması ilə baglı qərar qəbul edib.
Klub rəhbərliyi baş məşqçiyə işlədiyi dövr ərzində göstərdiyi xidmətlərə görə minnətdarlığını bildirib.
Yenicag.az