Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdırmaqda şübhəli sayılan 6 nəfər saxlanılıb.
Yenicag.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə İŞİD terror təşkilatına bağlı 6 nəfərdən ibarət dəstənin terror aktı törətməyə hazırlaşdığı barədə məlumat daxil olub.
Onlar hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Terrorçuların yaşadıqları evlərdə İŞİD terror təşkilatı ilə bağlı çoxlu sayda sənədlər və disklər aşkarlanıb.