Terror aktının qarşısı alındı

Rusiyanın Sankt-Peterburq şəhərində metallurgiya zavodunun ərazisində güclü partlayıcı qurğu aşkar edilib.

 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Vsevolojsk Alüminium Zavodunun anbarlarından birinin yaxınlığında qarın atında əl ilə işə salınan 1,5 kq-dan çox partlayıcı tapılıb.

Bombanın aşkar olunduğu yer mühasirəyə alınıb və insanlar təxliyə edilib.

Partlayıcı qurğunu kimin yerləşdirdiyi isə hələlik bəlli deyil.

COP29