!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Terror aktının yaratdığı GƏRGİNLİK: "Azərbaycanın İranla soyuq münasibəti daha da dərinləşəcək"

!Reklam – Yazi

“Azərbaycan bu məsələdə İrana güvənə bilməz”.

Bu sözləri Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun araşdırılması üçün komissiya yaradılmasının vacib olduğunu bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, vurğulayıb ki, məlum terror aktı ilə Azərbaycanın İranla soyuq münasibəti daha da dərinləşəcək:

“Sözügedən hücumda azərbaycanlı vətəndaşımızın qətlə yetirilməsi təəssüf doğurur. Şübhəsiz ki, bu terror aktının arxasında molla rejimi dayanır və bütün məsuliyyət İranın üzərindədir. Baş verən bu hadisə əvvəldən məqsədyönlü şəkildə planlaşdırılmış bir haldır. Nəzərə almaq lazımdır ki, ötən ilin 4 avqust tarixində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə də hücum olmuşdu. Həmin terror aktının arxasında da məhz İran dayanmışdı. Son dövrlər İran-Azərbaycan münasibətlərindəki gərginləşmənin məntiqi nəticəsi olaraq rəsmi Tehranın bu cür addım atacağı gözlənilirdi. Bu, onu göstərir ki, İran terrorist dövlətdir. İran dövləti artıq həm ikili əlaqələr, həm də beynəxalq hüquq baxımından qanunsuzluğa yol verdi. Çünki səfirlik yerləşən ərazi Azərbaycan ərazisi sayılır. İranın həmin ərazidə törətdiyi terror onu göstərir ki, Tehran öz ərazisinə hücum etdi. Bu işin arxasında SEPAH qüvvələri, molla rejimi və digər qruplar dayanır. Hadisənin daha obyektiv araşdırılmasına ehtiyac var. Azərbaycan bu məsələdə İrana güvənə bilməz. Ona görə də Azərbaycan tərəfinin iştirakı ilə komissiya yaradılmalıdır. Çünki baş verən terror aktı çox ciddi məsələdir”.

Gülşən Şərif

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv