Reklam

Reklam

Ötən gecə “Taliban” terror qruplaşması Əfqanıstanın mərkəzində yerləşən dövlət binasına hücum ediblər.

Yenicag.az “Associated Press”ə istinadən bildirir ki, hücum nəticəsində 3 dövlət rəsmisi və  təhlükəsizliyə cavabdeh 15 nəfər şəxs öldürülüb.

Ğəzni əyalətinin polis rəis müavini Ramazan Əli Moseni qarşıdurmada 25 “Taliban”çının məhv edildiyini təsdiqləyib.

Əfqanıstan Parlamentinin üzvü Məhəmməd Arif Rəhmani isə öz növbəsində qeyd edib ki, ölən dövlət məmurları rayon qubernatoru, kəşfiyyat xidmətinin direktoru və polis rəisinin müavini olub. Onun sözlərinə görə, hökumətin köməyi gecikdirməsi nəticəsində terroçular istəklərinə nail ola biliblər.

O, həmçinin bildirib ki, qarşıdurmada dövlət təhlükəsizlik xidmətinin 8 nəfər üzvü də yaralanıb.

Zaur H.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2978
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."