Suriyanın şimalında “Əl Qaidə” ilə əlaqəli olan “Huras əd-Din” terror qruplaşmasının lideri PUA vasitəsilə məhv edilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” televiziyası məlumat yayıb.
Məhv edilən terrorçunun adı Əbu Xədicə əl-Urdunidir.
Əməliyyat beynəlxalq koalisiya qüvvələri tərəfindən İdlib bölgəsində həyata keçirilib. Terrorçu avtomobilə edilən hava zərbəsi ilə zərərsizləşdirilib.