!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Terror qurbanı olan azərbaycanlının cənazəsi Bakıya gətirilib

!Reklam – Yazi

terrorgurbanİstanbulda terror hadisəsi nəticəsində dünyasını dəyişən əslən azərbaycanlı olan Rusiya vətəndaşı Nuranə Həsənovanın cənazəsi yanvarın 2-də gecə saatlarında Bakıya göndərilib.

Bu barədə “Report”un Türkiyə bürosuna Rusiyanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, N.Həsənovanın cənazəsi Azərbaycana İstanbul valiliyinin ayırdığı xüsusi təyyarə vasitəsilə yola salınıb: “Onun ailəsi də cənazə ilə bərabər Bakıya gedib”.

Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin İstanbul şəhər şöbəsindən verilən məlumata görə, N.Həsənovanın cənazəsi dayısı tərəfindən götürülüb.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib.

Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.

 

Yenicag.az

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv