Terror qurbanlarının sayı 189-a çatdı – Somalidə

Somalinin paytaxtı Moqadişoda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 189 nəfərə çatıb. 200-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Onların arasında ağır yaralılar olduğundan, ölü sayının artması istisna edilmir.

Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

Qeyd edək ki, terror aktı ötən gün baş verib. Paytaxtın insanlarla gur olan küçələrinin birində partlayıcı qurğu ilə yüklənmiş avtomobilin partladılması ciddi tələfata səbəb olub.

COP29