Bu ilin ilk 3 ayında Azərbaycana 19 571 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal olunan avtomobillərin ümumi dəyəri 361 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gətirilən avtomobillərin sayı azalsa da, qiyməti artıb.