Terror təhlükəsi – Səfirliyimiz gücləndirilmiş rejimə keçdi

481326970406190112KİV-in sorğusuna cavab olaraq, Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər.

Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O, bildirib ki, hal-hazırda Belçikada olan vətəndaşlarımızdan kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirlər.

NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir.