Terror təşkilatında parçalanma – Daha 3 PKK-çı təslim oldu

PKK  parçalanmağa davam edir.

Yenicag.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda 2019-cu ildə terror təşkilatının 247 üzvünün Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilib.

PKK-nın parçalanmasını nümayiş etdirən açıqlamada “İraqın şimalındakı terror təşkilatına aid sığınacaqlardan qaçan daha 3 terrorçu Şırnakda təhlükəsizlik qüvvələrinə təslim olub. 2019-cu ildə bu 3 terrorçu ilə bərabər separatçı terror təşkilatının 247 üzvü Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub”, – deyə qeyd edilib.

COP29