Terror təşkilatının lideri İstanbulda saxlanıldı

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul İl Polis İdarəsi DHKP-C (İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi, – red.) terror təşkilatının liderlərindən olan şəxsi saxlayıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində Fehmi Oral Meşə tutulub.

Meşenin DHKP-C-nin silahlı hərəkətlərində iştirak etdiyi bildirilib.