Nigeriyada “Boko haram” terror qruplaşması neftçiləri hədəfə alıb.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə France Press agentliyi məlumat yayıb. Terrorçular Nigeriya milli neft müəssisəsinin geoloqlarına və onların mühafizəçilərinə hücum edib. Nəticədə 50-dən çox neftçi öldürülüb.
Qeyd edək ki, Nigeriya milli neft müəssisəsi 2016-cı ildən Çad gölü hövzəsində geoloji kəşfiyyat işlərini həyata keçirir. Bu zamana qədər Borno, Yobe və Adamava ştatlarının böyük bir hissəsi “Boko haram” terrorçularının nəzarəti altında olub.