Suriyanın şimal-şərqində qərarlaşan PKK-PYD terrorçuları yerli ərəb gənclərini “səfərbərliyə alır”.
Yenicag.ru-nun məlumatına görə, terrorçu PKK-PYD rəhbərləri Rakka şəhərindəki ərəb gəncləri məcburi qaydada İraqla sərhəddəki Deyr-əs-Zor məntəqəsində İŞİD-ə qarşı hücuma cəlb edirlər.
Qeyd olunur ki, PKK İŞİD-ə qarşı hücum əməliyyatlarına sentyabrın 11-də, ABŞ və Fransanın dəstəyi ilə başlayıb. Kürdlər bununla İŞİD-in nəzarətində olan sonuncu ərazini də öz əllərinə keçirməyə çalışırlar.
Məlumata görə, Deyr-əs-Zorda artıq bir həftədir davam edən hərbi əməliyyatlar nəticəsində PKK-PYD-nin 200-dən çox terrorçusu məhv edilib. Yerli mənbələr bildirirlər ki, PKK rəhbərləri itkilərin yerini doldurmaq üçün Rakkadakı 200-ə qədər ərəb gənci zorla döyüşə cəlb edib.
ABŞ başda olmaqla NATO-dan hərtərəfli dəstək alan PKK-PYD terrorçuları hazırda Suriya ərazilərinin 28 faizini nəzarətə götürüblər. İŞİD isə Suriya ərazilərinin 3,3 faizini hələ ki əlində saxlayır.