!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Terrorçu PYD Əl-Babda türk əsgərlərinə hücum etdi

!Reklam – Yazi

İraq-Şam İslam Dövlətini (İŞİD) Əl-Babdan vurub çıxaran Türk əsgərləri terrorçu PKK-nın Suriya qolu olan PYD-nin hücumuna məruz qalıblar.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində Türkiyə ordusunun 4 əsgəri yaralanıb.
Türkiyə ordusunun Suriyanın Hələb şəhərinin Əl-Bab qəsəbəsi ətrafındakı mövqeləri Membiçdəki PYD birlikləri tərəfindən atəşə tutulub. Hücum nəticəsində yaralanan Türkiyə ordusunun 4 hərbçisi Suriya ilə sərhəddəki hospitala çatdırılıb. Yaralı əsgərlərdən biri helikopterlə Qaziantepə, digər 3-ü isə 2 təcili yardım maşını ilə Kilis Dövlət Xəstəxanasına çatdırılıb. Türk ordusunun mövqelərini atəşə tutan PYD birlikləri cavab tədbirləri nəticəsində susdurulub.

Yeniçağ.Az

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv