Türkiyədə polisin həyata keçirdiyi əməliyyatda yaxalanan terrorçunun dostunun həyat yoldaşına təcavüz etdiyi üzə çıxıb.
Yenicag.az xəbər verir ki, qadın evlərində gizlətdikləri PKK-lı terrorçu tərəfindən şantaj edilərək təcavüzə məruz qaldığını bildirib.
Qadının sözlərinə görə, PKK üzvü onu həyat yoldaşı və uşaqlarını öldürməklə hədələyərək cinsi əlaqəyə məcbur edib:
“Bizim evə gəldikdən iki həftə keçmişdi. Bir gün həyat yoldaşımı hansısa bəhanə ilə evdən yolladı. Həmin anda mən də uşaqları yatırmışdım. Onun da yerini hazırlamışdım. Otağa girib televiziya idarəedicisini əlindən aldım. Bu zaman mənə yaxınlaşdı və qucaqlayıb öpməyə başladı. Ona qarşı gəldim. O isə, belinə quraşdırdığı bomba və silahını göstərərək, “səsin çıxmasın, yoxsa uşaqlarını öldürərəm” dedi”.
Teroristi evində saxlamaq maddəsi ilə qadının əri həbs edilərkən, özünün sərbəst buraxıldığı qeyd edilib.
Qeyd edək ki, bundan öncə də əsir götürülən terrorçular bənzər açıqlamalar verərək, terrorçu rəhbərlərin gənc qızlara təcavüz etdiyini, qarşı çıxanları öldürdüyünü və digər dəhşətli faktları açıqlayıb.